• WTI

    69.06 USD
  • Brent

    71,90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    81,16 USD

Nadir Əfəndiyev

Baş Menecer

Nadir Əfəndiyev 2023-cü ilin mayında Əməliyyatlar üzrə Vitse-Prezidentə hesabat verən “Taghiyev Operating Company” MMC-nin Baş meneceri vəzifəsinə təyin edilib.

Neft və Qaz sənayesində 20 illik təcrübəyə malik Nadir son 18 ildə bp Azərbaycanda İstehsalat supervayzeri, Offşor Əməliyyatları üzrə Mühəndis, Əməliyyatlar Qrupunun Rəhbəri, Layihə Əməliyyatları Qrupunun Rəhbəri və Offshor Montaj Meneceri kimi texniki və rəhbər vəzifələrdə işləyib. Nadir Böyük Britaniyada beynəlxalq təcrübə keçib, layihələrin operativ hazırlığında iştirak edib.  

Layihələrin idarəedilməsi sahəsində böyük təcrübəyə malik Nadir bp-nin aktivləri çərçivəsində Şahdəniz Offşor Qaz Layihəsi və neft aktivlərində Qaz Lift Layihələri kimi iri layihələrdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son 4 ildə o, bp-nin aktivlərində və Xəzər dənizində ən mürəkkəb platforma olan Mərkəzi Azəri platformasında Əməliyyat Montaj Meneceri kimi fəaliyyət göstərib.

Milliləşməni fəal təşviq edən Nadir işə qəbul proseslərinə rəhbərlik edib. O, təşkilat üçün olduqca dəyərli olan kadr hazırlığı səviyyələrini qoruyub saxlayan təlim və kouçinq təşkil edib.

Nadir Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur, Qazma və kəşfiyyat üzrə bakalavr dərəcəsinə malikdir.