• WTI

    69.06 USD
  • Brent

    71,90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    81,16 USD

Kənan Əliyev

Qrupun Yataqların İdarə edilməsi üzrə Direktoru

Kənan Əliyev 2021-ci ilin sentyabrında Qrupun Əməliyyatlar üzrə Vitse-Prezidentinə hesabat verən Yataqların İdarə edilməsi üzrə Direktoru vəzifəsinə təyin edilib. 

Neft və qaz sənayesində 25 illik təcrübəyə malik Kənan bir sıra enerji şirkətlərində, o cümlədən bp, Eni, DeGolyer &  MacNaughton və Baker RDS kimi məsləhət qruplarının çoxsahəli yeraltı işlər üzrə komandalarında çalışıb. Kənanın bilik və təcrübəsi dünyanın bütün karbohidrogen hövzələrini əhatə edir: Meksika körfəzi, Şimal dənizi, Şimali Afrika, Cənubi Xəzər hövzəsi, Qərbi Sibir və Dnepr-Donetsk.

Kənan Bakı Dövlət Universitetindən geologiya üzrə bakalavr və magistr, Texas A&M Universitetindən neft mühəndisliyi üzrə magistr dərəcəsini qazanıb. 

O, Amerika Neft Geoloqları Assosiasiyasının (American Association of Petroleum Geologists) Sertifikatlı Neft Geoloqudur və Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineer) üzvüdür.