WTI
71,60 USDBrent
75,18 USDUrals
67.61 USDAzeri Light
80.44 USDQrupun Korporativ Kommunikasiyalar üzrə Direktoru
Aynur Bəşirli 2024-cü il iyulunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidentə hesabat verən Korporativ Kommunikasiyalar üzrə Direktor vəzifəsinə təyin edilib.
Kommunikasiya və media sahəsində 32 ildən çox təcrübəyə malik Aynur son illərdə müxtəlif beynəlxalq və yerli təşkilatlar üçün kommunikasiya strategiyaları hazırlayıb, çoxsaylı kütləvi tədbirlər həyata keçirib. Aynur karyerasına jurnalist kimi başlayıb. O, Ulu Öndər Heydər Əliyevi müşayiət etmiş jurnalist korpusunun üzvü kimi 30-dan çox xarici səfərdə olub, ATƏT-in Lissabon (1996) və İstanbul (1999) zirvə toplantılarını, Avropa Şurasının (1999) və NATO-nun 50 illik yubiley sammitlərini (1999) işıqlandırıb.
Aynur Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. O, ABŞ – Azərbaycan münasibətlərini Amerikanın elit mətbu orqanlarında araşdrıan ilk tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Azad mətbuatın çərçivəsində, “New York Times”-ın Azərbaycandan. Nə? Nə vaxt? Necə?” monoqrafiyasının müəllifidir. O, doqquz kitab, o cümlədən “Heydər Əliyev. Prezidentlik xronikası. 1993-2003” kitabının ideya müəllifi və tərtibçisidir.
Aynur 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ümummilli Lider “Heydər Əliyevin 100 illiyi yubiley medalına (1923-2023)” layiq görülüb.