• WTI

    69.06 USD
  • Brent

    71,90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    81,16 USD

Nəzər Bayramov

Satınalma və Təchizat üzrə Baş Direktor

Nəzər Bayramov 2023-cü ilin aprel ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən Satınalma ve Təchizat üzrə Baş Direktoru vəzifəsinə təyin edilib.

Nəzər neft və qaz sahəsində yüksək ixtisaslı satınalma mütəxəssisi kimi bp Azərbaycan şirkətində bir sıra yüksək rəhbər vəzifələrdə çalışıb.  O, quyular və logistika müqavilələri, satınalmalar və təchizatçıların fəaliyyətinin idarə edilməsi sahəsində iyirmi ilə yaxın dərin təcrübəyə malikdir. 

GL-ə qoşulmazdan əvvəl o, bp-də Logistika Satınalmaları üzrə Baş Menecer vəzifəsində çalışaraq hasilat və emal sahələri üzrə bp Global yanacaq strategiyalarının işlənib hazırlanmasına və həyata keçirilməsinə, eləcə də birgə təchizatçı əlaqələri vasitəsilə qlobal miqyasda strateji təchizatçı iş performansının idarə edilməsinə məsul olub.

Nəzər Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə bakalavr dərəcəsinə və İstanbuldakı Mərmərə Universitetində Biznes idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. O, CIPS-in (Chartered Institute of Procurement and Supply, Sertifikatlı Tədarük və Təchizat İnstitutu) sertifikatını qazanıb. 

2019-cu ildə Nəzər neft-qaz sənayesinin inkişafındakı xidmətlərinə görə SOCAR tərəfindən Fəxri Fərmanla təltif edilib.