WTI
71,60 USDBrent
75,18 USDUrals
67.61 USDAzeri Light
80.44 USDQrupun Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidenti
İlqar İbrahimli Qrupun Baş İcraçı Direktoruna hesabat verən Xarici Əlaqələr və Kommunikasiyalar üzrə Vitse-Prezident vəzifəsini icra edir. İlqar GL Group-a 2023-cü il iyunun 1-də qoşulub.
İlqar İbrahimli dövlət orqanları, beynəlxalq təşkilatlar və biznesdə 20 ildən çox təcrübəsi olan, hökumətlə əlaqələrin və strateji münasibətlərin qurulması üzrə böyük nailiyyətlər qazanmış peşəkardır.
GL Group-dan əvvəl o, uzun müddət ATƏT-in Mərkəzi Asiyada ən böyük missiyası olan ATƏT-in Düşənbədəki Proqram Ofisində Baş müşavir vəzifəsində çalışıb. İlqar siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar təhlükəsizlik üzrə proqramların tətbiqi vasitəsilə Ofisin siyasi mandatının icrası üçün strateji liderliyin təmin olunması və məsləhətlərin verilməsi prosesinə rəhbərlik edib. Bundan əvvəl o, “Azərfon” MMC-də Marketinq və kommunikasiya üzrə direktor və eləcə də Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru vəzifəsində çalışıb.
O, peşə fəaliyyətinə Azərbaycanın Milli Televiziya və Radio Şurasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri qismində başlayıb.
İlqar Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Avropa və Amerikanın yeni və ən yeni tarixi üzrə magistr təhsili alıb.
İlqar sərhəd qoşunlarının potensialının gücləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə 2023-cü ilin may ayında Tacikistanın Sərhəd Qoşunlarının Komandanı tərəfindən medalla təltif olunub.