WTI
71,60 USDBrent
75,18 USDUrals
67.61 USDAzeri Light
80.44 USDTəhlükəsizlik üzrə Vitse-Prezident
Emin Qurbanbəyov 2021-ci ilin dekabr ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən Təhlükəsizlik üzrə Direktor vəzifəsinə təyin edilib, 2022-ci ilin avqust ayından Təhlükəsizlik üzrə Vitse-Prezident vəzifəsində işləyir.
Emin təhlükəsizlik sektorunda 20 ildən artıq təcrübəyə malikdir və ehtiyatda olan polkovnikdir. Xidməti dövründə Emin “Vətən uğrunda” medal, habelə Azərbaycan Respublikasının digər dövlət mükafatları ilə təltif edilib. O, risklərin təhlili, təhlükəsizlik siyasətinin yaradılması, təhlükəsizliyin idarə edilməsinin prosedurlarının planlaşdırılması və həyata keçirilməsinin təşkili üzrə böyük təcrübəyə malikdir.
Emin Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrinin məzunudur. Beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində müxtəlif proqramlar və təlimlərdə iştirak edən Emin Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin Aspirantura Məktəbindən Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsi qazanıb.