• WTI

    69.06 USD
  • Brent

    71,90 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    81,16 USD

Elman Seyidov

Əməliyyatlar üzrə Vitse-Prezident

Elman Seyidov 2020-ci ilin dekabr ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən Əməliyyatlar üzrə Vitse-Prezidenti vəzifəsinə təyin edilib.

Neft-qaz və aviasiya sektorlarında 30 ildən çox bir sıra rəhbər vəzifələrdə çalışan Elman təhlükəsiz, etibarlı və sərfəli əməliyyatların idarə edilməsində geniş strateji və taktiki təcrübəyə malik ixtisaslı mexanik-mühəndisdir. bp-də, Şimal dənizində iş təcrübəsi qazanmış Elman son 18 il ərzində bp Azərbaycanda bir sıra texniki və rəhbər vəzifələrdə çalışıb:

  • bp Azəri-Çıraq-Dərinsulu Günəşli Sualtı Əməliyyatlar Meneceri. Mürəkkəb Sualtı sistemləri və avadanlıq əməliyyatlarını bütün sualtı quyular, boru kəmərləri və yerüstü əməliyyatlarla birlikdə interfeys edərək idarə edib;
  • bp Azərbaycan-Gürcüstan-Türkiyə Bölgəsində Şahdəniz və Azəri Sahəsi üzrə Hasilat Meneceri.  Neft və qaz hasilatının planlaşdırılması və plana uyğun əməliyyatların yerinə yetirilməsi prosesinin keyfiyyətli şəkildə təşkilini, nəticələrin tərəfdaşlar və nazirliklə kommunikasiyasını həyata keçirib;
  • bp-Azəri-Şahdəniz üzrə Əməliyyatların Yerinə Yetirilməsi Meneceri. Dənizdə neft və qaz hasilatı əməliyyatlarının plana uyğun olaraq təhlükəsiz, tam və iqtisadi cəhətdən səmərəli yerinə yetirilməsinin təşkil edib. 
  • bp Caspian, Dəniz Platforması Meneceri. Neft və qaz hasilatının, qazma işlərinin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini və qoyulmuş planların vaxtında  yerinə yetirilməsi üçün risklərin və təsirlərin azaldılmasını idarə edib.

Elman Azərbaycan Dövlət Neft Akademiyasını neft və qaz yataqları avadanlıqlarının maşınqayırma mühəndisliyi ixtisası üzrə bitirib.