GL-in tabeliyində olan bütün şirkətlərdə, o cümlədən "Salyan Oil Limited", "Taghiyev Operating Company" və "GL Technical Services" şirkətlərində əməyin təhlükəsizliyi tədbirləri ilə bağlı genişmiqyaslı iclas keçirildi. GL-in rəhbərlik komandasının üzvləri, tabeli şirkətlərin baş menecerləri, orta-xətt menecerləri və supervayzerlər bu mühüm tədbirdə iştirak edərək, bizim əməyin təhlükəsizliyinə kollektiv öhdəliyimizi bir daha nümayiş etdirdilər.
Tədbirin məqsədi GL-də əməyin təhlükəsizliyinin vacibiliyinin vurğulanması,əməyin təhlükəsizliyi ilə bağlı təcrübələrin açıq müzakirəsinin təmin edilməsi və hər kəs üçün daha təhlükəsiz iş mühiti yaratmaq üçün önləyici addımların atılması idi.
Təhlükəsiz iş şəraitinin yaradılması gördüyümüz işlərin ayrılmaz hissəsidir və bu kimi təşəbbüslər GL-də hər bir komanda üzvünün istənilən tapşırığın icrası zamanı əməyin təhlükəsizliyini özü üçün prioritet edəcəyi iş mühitinin möhkəmləndirilməsində həyati əhəmiyyət kəsb edir.