• WTI

    75.97 USD
  • Brent

    79.76 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    85,85 USD
GL 2023-cü ildə neft hasilatı artımına nail oldu

GL 2023-cü ildə neft hasilatı artımına nail oldu

GL şirkəti minimum məcburi iş proqramı çərçivəsində “Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft yataqlarında altı yeni quyunun qazma işlərini insidentsiz, ətraf mühitə heç bir ziyan vurmadan və ən qısa müddət ərzində uğurla başa vurub. Eyni zamanda, 2023-cü ildə GL afilə şirkəti “Taghiyev Operating Company” tərəfindən istismar edilən cari yataqlarda hasilatın 15%-dən çox enməsinin qarşısını alaraq ilin əvvəli ilə müqayisədə gündəlik hasilatı 10 %-dən çox artım əldə edib. Həmçinin, GL afilə şirkəti “Salyan Oil Limited” tərəfindən istismar edilən “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında 19 il davam edən hasilat enməsinə son qoyaraq artıma nail oldu.
2024-cü ilə kimi GL "Kürsəngi" və "Qarabağlı" yataqlarında 4000 metrdən artıq iki yeni quyunun və iki yan lülənin qazılması üçün tender keçirməyi planlaşdırır ki, bu da 13 illik qazma fasiləsini aradan qaldıracaq mühüm bir addımdır.
"Biz qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik. Bu, komandamızın mükəmməlliyə və yüksək keyfiyyətli nəticələr göstərməyə sadiqliyinin təzahürüdür", - GL-in Baş İcraçı Direktoru Asif Zeynalov bildirib.