• WTI

    75.97 USD
  • Brent

    79.76 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    85,85 USD
Asif Zeynalov: “Enerji təhlükəsizliyi hamının enerjiyə davamlı, etibarlı və sərfəli çıxışını təmin edir”

Asif Zeynalov: “Enerji təhlükəsizliyi hamının enerjiyə davamlı, etibarlı və sərfəli çıxışını təmin edir”

GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” panel müzakirələrində çıxış edərək, enerji təhlükəsizliyinin kritik əhəmiyyətini vurğulayıb.

“Enerji təhlükəsizliyi hər kəsin enerjiyə davamlı, etibarlı və sərfəli çıxışının təmin olunmasıdır”, - deyə cənab Zeynalov bildirib.

“Bu, dayanıqlı infrastruktura sərmayə qoyuluşunu, enerji mənbələrinin şaxələndirilməsini, həmçinin enerji təminatında dayanmaların qarşısının alınması, stabil təchizatın təmin edilməsi üçün ənənəvi və bərpa olunan enerjinin balanslaşdırılmasını əhatə edir”.

Xalis sıfır emissiyaya yönələn qlobal təşəbbüslər, mühüm əhəmiyyət kəsb etsə də, cari ehtiyacları və gələcək davamlılığa dair məqsədlərin qarşılanması üçün ənənəvi enerji mənbələrinə davamlı investisiya qoyuluşu ilə tarazlaşdırılmalıdır.

“GL Group hazırda Azərbaycanda beş mühüm neft-qaz yatağında fəaliyyət göstərir və enerji təhlükəsizliyinə, dayanıqlı enerji təchizatına töhfə vermək öhdəliyinə sadiqdir”, - deyə cənab Zeynalov əlavə edib.