WTI
75.97 USDBrent
79.76 USDUrals
67.61 USDAzeri Light
85,85 USDSədr
Asif Zeynalov 2024-cü ilin aprel ayında Məşvərət Şurasının sədri təyin edilib.
Cənab Zeynalov 2019-cu ilin aprel ayından etibarən GL Group-un Baş İcraçı Direktoru vəzifəsində çalışır.
Neft və qaz sənayesində müxtəlif texniki və rəhbər vəzifələrdə 30 ildən çox təcrübəyə malik Asif GL-in ümumi uğuruna, şirkətin strategiyasının yaradılmasına, planlaşdırılmasına, həyata keçirilməsinə və inteqrasiyasına cavabdehdir.
Asif əmək fəaliyyətinə 1984-cü ildə Neft Emalı Zavodunda mexanik kimi başlayıb, 1985-1987-ci illərdə Sərhəd Xidmətində hərbi xidmətdə olub. O, universiteti bitirdikdən sonra karyerasını 1992-1995-ci ilərdə Neft Emalı Zavodunda yanğından mühafizə zabiti kimi davam etdirib. Asif 1995-ci ildən karyerasını bp-də davam etdirərək 2019-cu ilə qədər bir sıra mühüm vəzifələrdə çalışıb:
• Baş Menecer, Dayaz Sulu Abşeron Yarımadası (DSAY) Hasilatın Pay Bölgüsü Sazişi, Bakı, Azərbaycan. Kəşfiyyatdan hasilata qədər bütün mərhələləri səmərəli şəkildə icra etmək üçün beynəlxalq və ən yaxşı təcrübələrdən istifadə edərək DSAY üzrə yeni az xərcli Əməliyyat Təşkilatının yaradılması və idarə olunmasına cavabdeh;
• Logistika və İnfrastruktur üzrə Regional Direktor. Bakı, Azərbaycan. Azərbaycan, Gürcüstan və Türkiyə Regionunu dəstəkləmək üçün bütün hasilatın logistikası və infrastruktur əməliyyatlarını dəstəkləmək üçün regional logistik strategiyanın və imkanların müəyyənləşdirilməsinə və tətbiqinə cavabdeh. 700 milyon dollarlıq büdcə, 100 bp işçisindən ibarət komanda və 6000-dən çox podratçı üçün tam məsul;
• İraqın Bəsrə şəhərindəki Rumaila neft yatağında əməliyyatların rəhbəri. bp-nin yeni əldə etdiyi Texniki Xidmətlər Müqaviləsini dəstəkləmək üçün Rumaila neft yatağındakı bütün hasilat əməliyyatlarına cavabdeh. 10,5 milyard bareldən çox neft hasil edən dünyada ikinci ən böyük neft və qaz hasilatı sahəsi üçün bütövlükdə gəlir və zərərlər üzrə idarəetmə rəhbərliyinə məsul. 3100 işçinin və 2000-dən çox podratçının işlərini idarə etmək üçün 100 əcnəbini işə götürərək səfərbər edib. 420 milyon dollarlıq əməliyyat büdcəsini idarə edib, Qəza Komandiri vəzifəsində çalışıb;
• Şərqi Texasda (ABŞ) Əməliyyatlar Meneceri. Şərqi Texasda 1100 hasilat quyusu, 40-dan çox yataq kompressor stansiyası, quyu ağzında sıxılma qurğuları və beş dairədə 1200 mil uzunluğunda boru kəmərləri və qaz toplama sistemlərindən ibarət neft və qaz əməliyyatlarına cavabdeh;
• Səngəçal Neft və Qaz Emalı Terminalının Meneceri, Azərbaycan. 750 nəfərdən çox heyətdən, 57 milyon ABŞ dolları əməliyyat büdcəsindən, yeddi neft emalı qatarından, 500 milyon standart kub fut yüksək təzyiqli qaz qurğusundan ibarət dünyanın ən böyük sənaye komplekslərindən birinə cavabdeh. Gündəlik hasilatı145.000 milyon bareldən 850.000 milyon barelə qədər artıran yeni neft və qaz emalı terminalının inteqrasiyasına və istismara verilməsinə rəhbərlik edib.
Asif Azərbaycan Texniki Universitetində Nəqliyyat Mühəndisliyi ixtisası və Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr təhsili allb. Massaçusets Texnologiya İnstitutunun (MIT, ABŞ) Əməliyyatlar Akademiyası Sloan İdarəetmə Məktəbinin məzunudur. O, 2002-ci ildə Böyük Britaniyada Liderlik İnkişaf Proqramını bitirib.
Böyük fövqəladə halların neft və qaz menecmentində ixtisaslaşmış Asif dənizdə və quruda bir sıra irimiqyaslı fövqəladə halları idarə edib.
O, 2004-cü ildə ölkənin neft-qaz sektorunda xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.