• WTI

    75.97 USD
  • Brent

    79.76 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    85,85 USD

Fəridə Ağayeva

İnsan Resursları üzrə Baş Direktor

Fəridə Ağayeva 2021-ci ilin noyabr ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən İnsan Resursları üzrə Baş Direktor vəzifəsinə təyin edilib.

Milli və beynəlxalq inşaat, eləcə də dəniz neft və qaz üzrə EPCI (Mühəndislik, Satınalma, İnşaat və Quraşdırma) şirkətlərində 15 ildən çox müxtəlif İR təcrübəsinə malik Fəridə uzun illər bir sıra yüksək vəzifələrdə çalışıb:

  • İnsan Resursları üzrə Baş Menecer müavini, Baku Steel Company. 1500-dən çox işçi üçün bütün insan resursları funksiyalarına nəzarət edib, təşkilatın məqsədləri və inkişafı dəstəkləmək üçün insan resursları strategiyasını hazırlayıb.
  • İnsan Resursları Meneceri, Baku Steel Company. Bütün insan resursları funksiyalarına, işçilərin təliminə və inkişafına, həmçinin effektivliyi və uyğunluğu təmin edən proseslərin və prosedurların qurulmasına və sadələşdirilməsinə nəzarət edib.
  • İnsan Resursları üzrə Baş Administrator, McDermott Caspian Contractors, Inc. Regionda çoxsaylı layihələri dəstəkləyən əcnəbi işçilər üçün bütün insan resursları fəaliyyətlərini idarə edib.

Fəridə Azərbaycan Dövlət İqtisad Universitetində MBA (Biznes idarəçiliyi üzrə magistr) və BBA (Biznes idarəçiliyi üzrə bakalavr) dərəcələrinə yiyələnib.  O, həmçinin West Texas A&M Universitetində Maliyyə ixtisası üzrə təhsili alıb.