• WTI

    75.97 USD
  • Brent

    79.76 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    85,85 USD

Emil Cəbrayılzadə

Qrupun Baş Maliyyə Direktoru

Emil 2020-ci ilin may ayında Qrupun Baş İcraçı Direktoruna hesabat verən Baş Maliyyə Direktoru vəzifəsinə təyin edilib.

Yeni və genişlənən bizneslərdə daxili əməliyyat və maliyyə nəzarətinin, eləcə də proseslərin qurulmasında ixtisaslaşan Emil müxtəlif sahələrin (telekommunikasiya, neft və qaz, tikinti, pərakəndə satış, daşınmaz əmlak, yerləşdirmə və iaşə, səyahət və kənd təsərrüfatı) auditi və maliyyəsi üzrə 10 illik zəngin təcrübəyə malikdir.

Emil aşağıdakı vəzifələrdə çalışıb:

  • Layihə Meneceri və Maliyyə Nəzarətçisi, FoodCity Agropark, Bakı, Azərbaycan;
  • Maliyyə nəzarətçisi, Paşa İnşaat Şirkətlər Qrupu, Bakı, Azərbaycan; 
  • Maliyyə Meneceri, Paşa İnşaat Şirkətlər Qrupu, Bakı, Azərbaycan; 
  • Maliyyə Meneceri, Saffron Hospitality Group, Bakı, Azərbaycan;
  • Paşa İnşaat Şirkətlər Qrupunun Daxili Audit Departamentinin rəhbəri, Bakı, Azərbaycan
  • Gəlirlərin Təminatı Meneceri, Azerfon, Bakı, Azərbaycan;
  • Baş Auditor, E&Y (Telecom & Oil & Gas Team), Bakı, Azərbaycan.

Emil Diplomlu Sertifikasiyalı Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants ) FCCA diplomunu  alıb.